ExamGenie: testini yüklə, şagirdin həll etsin, nəticəni dərhal gör
Sualları əl ilə yaz və ya PDF kitabçanı yüklə: süni intellekt sualları və cavab açarını çıxarsın, sən təsdiqlə. Şagirdin telefonundan həll edir, bal dərhal hesablanır, nəticə Dərslərim bölməsində qalır.
Necə işləyir
Sualları ekranda yaz və doğru variantı işarələ; ya da PDF kitabçanı yüklə, süni intellekt sualları və cavab açarını çıxarsın. Hər sualı sən təsdiqləyirsən, təsdiqləmədən heç nə şagirdə getmir.
Dərs dediyin şagirdlərdən seç, tarix və vaxt təyin et. Ev tapşırığı imtahanı, dərsdə canlı test və ya limitsiz məşq. Bildiriş şagirdə öz dilində gedir.
Test sualları dərhal qiymətləndirilir; açıq sualları sən qiymətləndirib rəy yazırsan. Sinfin hansı sualda çətinlik çəkdiyini hesabat ekranında görürsən.
İstər əl ilə yaz, istər kitabçadan hazırla
Beş sual tipi: tək seçim, çox seçim, doğru/yanlış, qısa cavab, açıq sual. Doğru variantı işarələdin — açar hazırdır.
PDF kitabçanı yüklə; suallar, variantlar və varsa cavab açarı çıxır. Əmin olmadığı sualları işarələyir, sən bir baxışda düzəldirsən.
Dərs otağında “Testi başlat” deyirsən; suallar iki ekranda birlikdə gedir, şagird işarələdikcə nəticəni dərhal görürsən.
Əl ilə imtahan pulsuz; kitabçadan hazırlama paketlə
Limitsiz əl ilə imtahan · cədvəl şablonu ilə yükləmə · təyinat, qiymətləndirmə, canlı test · kitabçadan yaratma 3 səhifə sınaq
ExamGenie AI · ayda 30 kitabça
qiymət tezlikləExamGenie AI · 5 kitabça, müddətsiz
qiymət tezlikləTez-tez verilən suallar
Kitabçam hara gedir?
Əvvəlcə öz diskindəki Esquire qovluğuna (Google Drive, Yandex Disk, OneDrive və ya Dropbox). Yaratmaq üçün Google Gemini-yə göndərilir və Google tərəfində 48 saat ərzində silinir. Esquire serverində fayl saxlanmır; yalnız yaratdığın suallar qalır.
Süni intellekt açarı səhv çıxarsa?
Əmin olmadığı sualları işarələyir və “yoxla” deyir. Sən təsdiqləməmiş heç bir sual şagirdə getmir; açarda son söz müəllimindir.
Kimlərə imtahan təyin edə bilərəm?
Yalnız səndən dərs alan şagirdlərə. Şagirdlərim siyahısındakı hər kəsə bir kliklə təyin edirsən.
Dərs otağında canlı test necə olur?
Otaqdakı İmtahan bölməsindən bir imtahan seçib “Testi başlat” deyirsən. Suallar şagirdin ekranında da açılır; istəsən sən irəlilət, istəsən öz sürəti ilə həll etsin. Bitəndə nəticə hər iki ekranda görünür və dərsə yazılır.
Müəllim paneli › ExamGenie › “Kitabçadan yarat”. Kart yoxdur, quraşdırma yoxdur.